Gündəlik həyatımızı asanlaşdıran, bir çox məsələlərdə bizə əvəzsiz yardımçı olan mobil cihazlarımızdan yazıram.
Mobil cihazlar haqqında bu gün hər birimizin kifayət qədər məlumatı var. Şübhəsiz ki, günümüzdə bu cihazlarsız keçinən çox az insanlar vardır. Günün istənilən saatında, istənilən yerdən, istənilən şəkildə mobil cihazlar vasitəsi ilə əlaqə yarada bilirik.
Artıq uşaqdan-böyüyə hər kəs mobil cihazlara sahibdir və günü-gündən bu cihazlara təlabat artmaqdadır. Buda təbii ki, istehsalçıların həm işinə həm cibinə böyük xeyir gətirir. Nəticədə texnalogiya sürətlə inkişaf etdirilir və fərqli tərzdə, arzuolunan bir çox funksiyalarala təhciz olunmuş yeni yeni modellər istehsal edilərək, biz istifadəçilərin cibinə gəlib çatmış olur. Ən maraqlısıda odur ki, yeni nəsil mobil cihazlar insanlara bir növ psixoloji təsir edir. Yəni bu gün "A" (şərti ad) markasının "8" (şərti ad) modelini istifadə ediriksə , həmin marka yeni "9" (şərti ad) modelini satışa çıxarırsa dərhal köhnəsini yenisi ilə əvəzləmək istəyirik. Dəyişiklik etmək heçdə pis bir şey deyil , ancaq bunu adət halına gətirib büddcəni düşünmədən, maddi durumu çətinə salaraq təkraralamaqda düzgün olmaz.
Gəlin belə düşünək:
Əgər yüksək miqdarda pul ödəyib aldığımız mobil telefonun heç bir texniki problemi yoxdursa və onu bir neçə ay öncə ən yüksək texniki göstəricilərinə , funksionallığına, günümüzün bütün tələblərə cavab verdiyinə, öz dizaynı ilə bizi valeh etdiyinə görə seçib , bəyənib almışıqsa nə üçün bir neçə ay sonra növbəti yeni modeli əldə etməyə can atırıq?!
Yəni bir neçə yeni funksiya , yenilənmiş dizayn və demək olar ki, cihazın işləmə qabiliyyətinə cüzi təsir edən bir neçə yeni texniki göstəriciyə görə bu dəyişikliyi etmək , köhnəsi bərbadmışcasına dəyər-dəyməzinə satıb yenisini əldə etmək üçün yüzlərlə manat ziyana getməli və təkrar bir o qədərdə pul xərcləməliyikmi ?!
Çox təəssüflər olsun ki, bu artıq bir çox insanlarda adət halına çevrilib. "Yenisi gəlibsə, köhnəsi getməlidir" fikri ilə hərəkət edən yüzlərlə, minlərlə insan var . Bu prosesin bu cür davam etməsi birinci növbədə istehsalçıları, ikinci növbədə satıcıları , üçüncü növbə isə yenədə satıcıları qazandırır. Yəni istehsalçı yeni modllərə təlabatın yüksək olduğunu müşahidə edərək yeni-yeni məhsullarını 3-5 aydan bir bazara çıxararaq həm qazanır həmdə işini inkişaf etdirir. Satıcılar isə məhsulları şirkətdən minumuma alıb yüksək qiymətlə dünyanın bütün ölkələrində daha yüksək qiymətə satışa çıxarırlar. Satıcılar ilk qazanclarını bu şəkildə əldə etsələrdə, növbəti gəlir yerləri isə, o, bir əvvəllki model cihazını satan insanlar olur. Beləki yeni modeli əldə etmək istəyənlər əksər hallarda, yeni modellərin qiymətinin yüksək olduğu üçün hazırki telefonlarını satıcılarla pulun bir hissəsini təşkil etməsi üçün barter olaraq təklif edirlər. Təbii ki, satıcılarda bu fürsəti əldən qaçırmır həmin telefonu çox az qiymətə alırlar və yenidən ikinci əl telefon kimi satışa çıxarırlar və bu alış-verişdəndə kifayət qədər kar etmiş olurlar.
Bir sözlə olan istehlakçıya olur.Bir yeni model həvəsi ilə 700-800 azn dəyərində 3-4 ay əvvəl alınan mobil cihaz ikinci əl kimi vəziyyətinə görə 200-250 azn-ə satıcılar təfindən qəbul olunur və 300-350 aznə yenidən satışa qoyulur. İstehlakçı isə yenədə pulunun üstünü düzəldib 1000-1500 manata təklif olunan yeni smartfonunu mübarək etmiş olur. Necə deyərlər "alan razı-satan razı"
Əziz oxucular, əgər sizdə öz mobi telefonunuzu dəyişmək fikrindəsinizsə bu barədə bir daha düşünün . Pulunuzu daha səmərəli sahələrdə xərcləyinki gələckdə sizə itki yox qazanc gətirsin. Diqqətiniz üçün minnətdaram.
Əziz HEYDƏROV