Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.

Unikal.org xəbər verir ki, hadisə 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

Məlumata görə, 30 yaşlı A.Q. (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü (adı açıqlanmır) ilə tanış olub. Bir neçə gün sonra isə sürücünün evindəki qonaqlıqda iştirak edib.

O, yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.

Bundan sonra sürücülər A.Q.-nı zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər.

Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hər iki şəxs tutulub.report