Tanınmış xanəndə və bəstəkar, pedaqoq Əlibaba Məmmədovun səhətində problemlər yaranıb.
Bu barədə unikal.org-a Əlibaba Məmmədov özu məlumat verib. Xanəndə xəstəliyinin yaşı ilə bağlı olduğunu dilə gətirib:"Təzyiqim var, həmçinin yaşım da o yaş deyil. Xəstəyəm, uzanmışam. Artıq fikirlərimi cəmləşdirə bilmirəm. Həkimlər məni müayinə etmək ucun tez-tez yanıma gəlirlər".
Xanəndə müayinə olunmaq üçün xarici ölkələrin birinə getməyi düşünürsünüzmü sualımıza isə belə cavab verib:"86 yaşım var. Nə xaric? Evimdən doğulduğum Maştağa kəndinə gedə bilmirəm. Şukurlər olsun ki, həkimlərimiz də məni nəzarətdə saxlayırlar".
Elvin Rüstəmov