AAAF Park Yaşayış Kompleksi sakin və qonaqları üçün xidmət siyahısını genişləndirməkdə davam edir.
 
Unikal.org xəbər verir ki, şirkət xüsusilə zərif cinsin nümayəndələri üçün maraqlı olacaq bir təşəbbüslə çıxış edib.

Bu gündən etibarən Kompleksdə qadınlar üçün rəqs dərsləri keçiləcək. Mütəxəssis Şahsənəm Qasımovanın rəhbərliyi altında xanımlar istənilən rəqsi öyrənmək, bütün şadlıq mərasimlərinizdə fərqlənmək, əylənmək imkanı əldə edəcəklər. 

Məşqlər hər həftənin tək günləri, saat 15:00-dan 17:00-a qədər davam edəcəkdir.

Əlavə məlumat və əlaqə üçün: (055) 543-71-97