Türkiyənin Manisa vilayətinin Saruhanlı mahalında ailə münaqişəsi zamanı ərini ov tüfəngiylə öldürən gənc qadın saxlanılıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə, saat 03.00 radələrindən Manisanın Saruhanlı mahalında bağlı İshakçelebi məhəlləsində medyana gəldi.
Əldə olunan məlumata görə, gecə saatlarda evinə gələn Mevlüt A. (38) həyat yoldaşı Sevinc A. (33) ilə mübahisə edib. Mübahisə zamanı Mevlüt A. həyat yoldaşı Sevinc A.-yı döyməyə başlayıb. Sevinc A. döyüldükdən sonra evdə olan ov tüfəngini götürərək həyat yoldaşı Mövlud A.-yı 2 dəfə atəş açaraq öldürüb.
Hadisə yerinə gələn prokuror əməkdaşları Mevlüt A-nın cənazəsini İzmir Ədliyyə Tibb Təşkilatına aparıblar. Polis tərəfindən nəzarətə alınan Sevinc A. ifadəsi alınmaq üçün prokurorluğa aparılıb, hadisələ əlaqədar istintaqa başlanılıb.