Bakı şəhər sakinlərinə qarşı külli miqdarda dələduzluq edilib.

Unikal.org report-a istinadən xəbərinə görə, Bakı şəhər sakinləri 1950-ci il təvəllüdlü Nəbi Musayev və 1954-cü il təvəllüdlü Tahir Babayev Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirblər ki, 2015-ci ilin avqust ayında onlara qarşı 72 min manatlıq dələduzluq edilib.

N.Musayev və T.Babayev ərizələrində qeyd ediblər ki, Xızı rayon sakini 1986-ci il təvəllüdlü Emin Quliyev onları aldadaraq istilik sistemi avadanlığını satmaq adı ilə 72 min manat pulunu alıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.