Bakıda aptekdən xeyli miqdarda oğurluq edilib.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 50 ünvanında yerləşən aptekdə qeydə alınıb.
Belə ki, naməlum şəxs aptekin qapısını sındıraraq içəri daxil olub və kassada olan 2 470 manat pulu oğurlayaraq ərazini tərk edib.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin (PB) əməkdaşları oğurluq əməlini törədən şəxsin izinə düşərək onu tutub və istintaqa təhvil veriblər. Onun Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Müşviq Rzayev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.