Tərtər rayonunda qətl törədilib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Tərtər şəhəri Cəlil Məmmədquluzadə küçəsi 86 ünvanında 1972-ci il təvəllüdlü Hüseynov Vüqar Sabir oğlu 1981-ci ildə anadan olmuş Tanrıverdiyev Qaraxan Rövşən oğlunu bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə, V. Hüseynov bir müddət əvvəl həyat yoldaşı Cəmilə Əhmədovadan boşanıb. Bundan sonra qadın C.Məmmədquluzadə küçəsindəki binada kirayə ev tutaraq yaşamağa başlayıb. C.Əhmədovanın Q.Tanrıverdiyevlə birlikdə yaşadığını öyrənən keçmiş həyat yoldaşı dünən mənzilə gəlib və məlum hadisəni törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, DİN hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Tərtər rayonunda qətl törədilib. Dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Q.Tanrıverdiyev orada ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.