Məşhur reper 50 Centin sabiq xanımı, supermodel və aktrisa Dafna Coy yeni sevgilisi, reper Ceyson Derulo ilə birlikdə Meksikada istirahətdədir.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, 26 yaşlı Derulo istirahət üçün Punta Mita kurortunu seçib.
Onlar milyarder Co Frensisin villasında əylənirlər.
28 yaşlı Dafnanın dediyinə görə, Ceyson Derulo ilə ailə quracağı istisna deyil.
Dafna Coyun reper 50 Centdən 3 yaşlı Sir adlı oğlu var.