Əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb.
Unikal.org milli.az-a istinadən bildirir ki, "Bizimləsən" verilişində qonaq olan əməkdar
artist bildirib ki, iki dəfə ailə qurub və hər iki xanımla münasibəti
yaxşıdır: "Mən kişiyəm. Qadının öz yeri, kişinin öz yeri var. Qadın
kişini eşitməlidir. Əgər eşitmirsə, deməli, o kişi qadına lazım deyil.
Mən iki dəfə ailə qurmuşam. Hər iki xanımımla indi də münasibətim
normaldır".
Daha sonra R.Rəhmanovun 1-ci xanımı (Ulduz) danışıb:
"Biz bir-birimizi 17 yaşımızdan sevmişik. Yəqin, uşaqlıq sevgimiz olub.
Sakit ayrılmışam. Demək olmaz ki, Rəhman bəydən ayrılandan sonra hər şey
bitdi. Yox, bizim övladlarımız var idi. Bir-birimizi başa düşməli idik.
Burada söhbət kişini bölüşməkdən getmir. Arada övladlarımız var".
İkinci evliyi Gülü xanım da danışıb: "Əvvəldən bir-birimizi anlamışıq. Burada qeyri-adi nəsə yoxdur".