ABŞ və Çində siçanlar üzərində aparılan elmi araşdırma nəticəsində məlum olub ki, kişilərin qidalanma vərdişləri sperma keyfiyyətini pozur. Odur ki, xüsusən də ata olmağı arzulayan kişilər qidalanmalarına diqqət yetirməlidirlər.
 
Unikal.org-un Aile.lent.az-a istinadən məlumatına görə, türkiyəli həkim-uzman Halit Fırat Erden sperma keyfiyyətini artıran qidaları bu cür sıralayır: stridiya balığı, qarpız, balqabaq toxumu, qoz, paxla.
 
L-karnitin, B-12, maqnezium, selen, likopenlə zəngin qidalar sperma keyfiyyətini artırır. Bu siyahıda birinci yeri 74 faizlə stridiya balığı tutur. Quşqonmaz, qarpız, banan, balqabaq toxumu, qara şokolad, qoz, paxla, ət kimi qidalar da sperma keyfiyyətini artırmaq üçün ən yaxşı qidalardır.
 
Çinli alimlər erkək siçanlara yüksək yağ tərkibli pəhriz tətbiq edərək, onların spermaları ilə dişi siçanların hamilə qalmasını təmin edən təcrübə aparıblar. Bu siçanların balalarında diabetin əlaməti olan pozulmuş insulin müqaviməti və qlükoza dözümsüzlüyü müşahidə edilib. Həkim bu nəticəni belə izah edib: "Qadınların yaşı, həyat tərzi kimi faktorların sağlam körpə dünyaya gətirməyə təsir etməsi barədə çox sayda elmi araşdırmalar aparılıb. Lakin yeni elmi araşdırmalar sübut edib ki, kişi sağlamlığı hamiləliyin meydana gəlməsi, hətta davam etməsində daha əhəmiyyətli rola malikdir. Buna qədərsə uşağın DNT-ə ata payının yarı qatqısı olduğu düşünülürdü".
 
Amerikalı mütəxəssislər kişilərin qidalanma vərdişlərinin törəməyə necə təsir edə biləcəyini araşdırıblar. Məlum olub ki, pəhriz və məşq daxil olmaqla ətraf aləm, həyat tərzinə bağlı faktorlar kişinin nəsil artırma qabiliyyətinə təsir edir. Hətta dünya miqyasında doğum faizlərinin aşağı düşməsində də mühüm rol oynayır.
 
H. Erden 20-25 yaş arası gənc kişilərdə sperma keyfiyyətinin çox keyfiyyətsiz olduğunu deyir: "Kişilərin 90 faizində anormal sperma olduğu sübut edilib. Bu da o deməkdir ki, sənayeləşmiş ölkələrdə sperma keyfiyyəti aşağı səviyyədədir və bu hal dünya miqyasında çox yayılıb. Bunun nəticəsində hamiləlik hallarının səviyyəsi də aşağı düşüb. Burada təkcə bioloji faktor, məsələn, qadının yaşının çox olması rol oynamır.
Siçanlar üzərində aparılan araşdırmalar insanlar üzərində də eyni nəticəni verir. Bu da onu göstərir ki, valideyn olmaq istəyən cütlüklər qidalanmalarına diqqət etməlidirlər".