Bakıda qızıl dükanından 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Anar Yusifov və Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Cavadbaba Sultanova məxsus mağazadan satıcının fikrini yayındırmaq yolu ilə 10 000 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.