Masallı rayonunda silahlı insident olub.

Unikal.org report-a istinad'n məlumatına görə, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib.

Hadisə zamanı naməlum şəxs 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.

Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.

Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

**

Masallı rayonunda qətl hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.
Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.
Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.
Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.