"Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin əksəriyyəti ölüb, ancaq onların ailələri orada qalıb. Hazırda Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır.
Unikal.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Fitnə sənədli filminin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycandan İŞİD-ə qoşulanların əksəriyyəti ölməsinə baxmayaarq, onların həyat yoldaşlarıorada qalıb: "Azərbaycanın xüsusi xidmət orqanları onların xanımlarını Suriyadan çıxarmağa çalışır.Təbii ki, həmin ölkəyəgedənləri sonradan tapmaq çox çətindir. Çünki orda nəinki qadınları, kişiləri də satırlar.
M.Qurbanlı deyib ki, İŞİD-ə qoşulan, Suriyaya döyüşmək üçüngedən insanlarmüxtəlif məqsədlərinin olduğunu açıqlayıblar: "Onlardan bəziləripula, bəziləri üçqadın verildiyinə və bəziləri cihad məqsədilə Suriyayagetdiyini deyir. Ümumiyyətlə, İŞİD-ın 60 min silahlısının 40 faizi Avropadan gəlib. Müsəlman ölkələri arasında ən az Azərbaycandan qoşulanlar olub.
Komitə sədri onu da əlavə edib ki, İŞID radikal dini qruplaşmadırvə bundan əvvəl də bu cür təşkilatlar olub: "Bunlar İslamı gözdən salmaq vəsiyasi məqsədlər üçün yaradılıb.
Onun fikrincə, bütün bunlarböyük geosiyasi məqsədlərə xidmət edir: "Təəssüf ki, İslamdan da siyasi məqsədlər üçün istifadə etmək istəyirlər. Vaxtilə Bağdad şəhəri Yaxın Şərqdə cənnətməkan hesab olunurdu. İraq dinarı çox qiymətli idi. Amma bunları darmadağın etdilər. 60 milyon insan lokal müharibələr səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Suriya əhalisinin üçdə ikisiSuriyadan çıxıb. Əlbəttə, burda udan Suriya deyil.
M.Qurbanlı qeyd edib ki, Azərbaycandadini maarifləndirmə işini bir an dayandırmaq olmaz: "Əgər vaxtında bu məsələlərlə bağlı marrifləndirmə aparılmasa, insanlar gec-tez qaraguruhun təsirinə düşəcəklər. İslam cahilliyə qarşı yaranmış dindir. Cahillik özünü xurafatda göstərir. Dindən siyasi məqsədlər üçünsui-istifadə edilir.
O bildirib ki, "dünyada baş verən bu hallar bizdən kənardadır və bizə gəlib çatmaz deməməliyik.
Dövlət Komitəsinin sədri deyib ki,dünyada çox böyük mübarizə gedir və bu zamanbütün vasitələrdən istifadə olunur: "Beynəlxalq təşkilatlar formallaşaraq gedir. Radikal qrupların bizim ölkəmizə gəlməsinə imkan verməmliyik. Buna imkan verməmək üçün heç nəyə laqeyd qalmamalıyıq. İndi dünyada orta məktəblərdə mükkəməl dini bilklər verirlər. Biz də indiki "Həyat bilgisi ilə kifayətlənə bilmərik. Dinlə bağlı hərtərəfli təhsil verilməlidir.