"Nar və "World Telecom mağazalar şəbəkəsi daha bir müştərək kampaniyaya start verdilər. Belə ki, 31 yanvar 2017-ci il tarixədək "World Telecom-dan nağd və ya 50% ilkin ödənişlə istənilən smartfonu almış hər bir kəs "Nar-dan bonuslar qazanır.

Qeyd edək ki, istənilən Azərbaycan vətəndaşının yararlana biləcəyi kampaniya çərçivəsində "Nar-dan bonus olaraq nömrə, 6 ay arzində 250 AZN danışıq balansı və 1,5 GB internet trafiki təqdim olunur. Bonusların aktiv olması üçün balans hər ay birdəfəyə ən az 5 AZN artırılmalıdır.

Kampaniyaya daxil olan smartfonlar barədə məlumatı "World Telecom-un çağrı mərkəzinə zəng etməklə (070 5550555) və ya internet səhifəsinə daxil olmaqla (w-t.az) əldə etmək mümkündür.

"Nar tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.