Ukraynanın Odessa vilayətinin sakinləri Mixail Saakaşvilinin qubernator vəzifəsindən azad olunması tələbi ilə aksiya keçirib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bir qrup dəstə üzərində Saakaşvilinin karikaturu olan mikroavtobuslarla şəhərlərdə gəzərək onun əleyhinə kampaniya aparıb.
 
Bundan əlavə, Ali Radanın deputatı, Həmrəylik Partiyasının üzvü Dmitri Qolubovun təşəbbüsü ilə Saakaşvilinin vəzifəsindən azad olunması üçün petisiya yaradılıb. 
 
Xatırladaq ki, Saakaşvili ötən ilin mayından bəri Odessa vilayətinin qubernatoru vəzifəsini icra edir.