Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə seçkidə BMAM sədri Rufiz Qonaqov səs çoxluğu ilə qələbə qazanıb.
Unikal.org xəbər verir ki, dünən "İqtisadi və sosial məsələlər" qrupu üzrə seçki keçirilib. Bu qrup üzrə 7 QHT rəhbəri mübarizə aparıb Qrup üzrə 147 QHT nümayəndəsi səsvermədə iştirak ediblər.
Nəticələr seçkidən sonra dərhal açıqlanıb. Beləki "İqtisadi və sosial məsələlər" qrupu üzrə seçkidə 85 səs sayı ilə birinciliyi RUFİZ QONAQOV qazanıb.
Seçkidən sonra xatirə şəkilləri çəkilib.