Fransanın PSJ klubunun italiyalı yarımmüdafiəçisi Marko Verratti yerdə olan topu başla qapıçıya ötürdüyünə görə, hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.
Unikal.org xəbər verir ki, insident futbol üzrə Fransa çempionatının XXI turu çərçivəsində keçirilən "Nant" - "PSJ" oyununda baş verib.
Verratti matçın 30-cu dəqiqəsində yerdə olan topu uzanaraq başla alman qapıçı Kevin Trappa ötürdükdən sona xəbərdarlıq alıb. Hakim bu hərəkəti "lüzumsuz" və "artıq" kimi qiymətləndirib.