Müğənni Niyam Salaminin Sumqayıtda yaşayanlarla bağlı dediyi "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslər) kəlməsi qalmaqala səbəb olub.
Unikal.org xəbər verir ki, ifaçı söz-söhbətə aydınlıq gətirərək, üzr istəyib:
"Bu gün xoşagəlməz sözlərlə qarşılaşdım. Dostlar, məni tanıyanlar bilirlər ki, mənim heç vaxt heç kiminlə işim olmayıb. 3 il bundan əvvəl Xırdalanda yaşayanda evimdən oğurluq edildi. Amma mən həmin adamı polisə vermədim.
Hətta, o, başqa oğurluq üstündə tutulanda da, buna sevinmədim. Sadəcə o gün mənə oğurluqla bağlı sual verildi, yaram təzələndi və əsəbləşib yarızarafat bunu avara uşaqlara demişəm. Əgər bu kəlməm kimlərəsə pis təsir edibsə, mən onlardan üzr istəyirəm".