Mütəxəssislərin müşahidələrinə görə, müasir insanlar onlara lazım olandan qat-qat çox kalori qəbul edir. Müasir insanlar az hərəkət edir, az fiziki iş görür və nəticədə az kalori sərf edir.
Unikal.org bildirir ki, artıq kalorilən orqanizmə yalnız ziyan vurur - piylənməyə, metabolik pozulmalara, immun sisteminin zəiflənməsinə, ürək-damar sistemi xəstəliklərinə və s. problemlərə səbəb olur.
Çoxsaylı araşdırmalar göstərib ki, müxtəlif ölkələrdə yaşayan uzunömürlülər həyatı boyu az qida qəbul edirdi.
Alimlərin son araşdırmalarına görə, qidalanmanın kalori miqdarının 30% azalması insan sağlamlığına çox müsbət təsir edir - bir çox ağır xəstəliklərin inkişafının qarşısını alır, ömrü uzadır.
Alimlər belə hesab edir ki, bu üsulla hipertoniya və şəkərli diabet kimi yayılmış və hər il milyonlarla insanın ölümünə səbəb olan xəstəlikləri müalicə etmək, xərçəng xəstəliklərinin qarşısını almaq mümkündür.
Bütün bunları nəzərə alaraq sağlam olmaq və çox yaşamaq üçün sadəcə daha az yemək lazımdır.