Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin sabiq əməkdaşına dövlət komitəsində vəzifə verilib.

Unikal.org-a daxil olan məlumata görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin sabiq direktoru Nail Mərdanov Dövlət Statistika Komitəsində vəzifəyə təyin edilib. O, 2016-cı ilin oktyabr ayından komitənin Elmi-tədqiqat və Statistik İnnovasiyalar mərkəzinin direktor müavini olaraq çalışır.

Faktı Unikal.org-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edək ki, Nail Mərdanov 2016-cı ilin yanvar ayında nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb.

Həsən Babayev