Beş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb.

Unikal.org bildirir ki, bu barədə APA-nın cənub bürosuna hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.

Faktla bağlı araşdırma aparılır.