Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, iclasda komissiyaya daxil olan daha 130 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 487-yə çatıb.

İclaslar qarşıdakı günlərdə də keçiriləcək.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.