Türkiyənin Aydın vilayətində Ş.K. 3 ildə 200 kişinin təcavüzünə məruz qalıb.

Unikal.org xəbər verir ki,17 yaşındakı Ş.K. 3 il əvvəl bacısının sevgilisi Sercan S. adlı şəxs tərəfindən zorlanıb.
Sercan S. qızın çılpaq görüntülərini video kamera ilə qeydə alıb. Serkan S. 3 il ərzində təhdid və şantajla Ş.K.-nı pul qarşılığında 200 nəfərlə cinsi yaxınlıq etməyə məcbur edib.
Fevralın 22-də qarın və bel ağrılarından şikayətlənən Ş.K. xəstəxanaya gedib. Tibbi müayinə onun 4 aylıq hamilə olduğunu müəyyən edib. O, polisə verdiyi ifadəsində yaşananları tək-tək izah edib. Bununla da təcavüz qalmaqalı da ortaya çıxıb.
Polis Ş.K.-nın adını verdiyi 6 nəfəri həbs edib.