ARB TV "Ferma realiti şousunun bağlanıb. 

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, kanalın rəsmisi Toğrul Cəfər verilişin kanal rəhbərliyinin qərarı ilə bağlandığını söyləyib:

""Ferma verilişinin yayımı telekanal rəhbərliyinin qərarı ilə dayandırılıb. Bu ani qərarın səbəbi ilə bağlı bizdə yetərli məlumat yoxdur. Bu gün efirimizdə verilişin son buraxılışı yayımlanacaq.

Verilişin yerinə hansı layihənin yayımlanacağı və "Ferma"nın gələcək taleyi haqda yaxın günlərdə açıqlama veriləcək".