Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videorolik hazırlayıb.

Unikal.org-un məlumatına görə, hazırlanan videorolikdə mərhum xanım pilotun xidmətini əks etdirən görüntülər yer alıb.

Baş leytenant Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin ilk qadın pilotu olub və Mi-8 helikopterini idarə edib. Xanım pilot xidməti dövründə DSX-nın rəhbərliyi tərəfindən təltif olunub.

Qeyd edək ki, D.Babayeva 2016-cı ilin avqust ayının 30-da 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişib. İlkin olaraq zəhərlənmə şübhəsi ilə xəstəxanaya gətirilən və 36 həftəlik hamilə olan D.Babayeva tibbi müdaxiləyə baxmayaraq vəfat edib. Onun bətnindəki körpəsi də tələf olub.