"Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün ölkəyə avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil

V.Bayramovun sözlərinə görə, alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün ölkəyə avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil: "Baxmayaraq ki, ölkəyə idxal olunan avtomobillərin sayında azalma var, bazarda durğunluq müşahidə edilir. Bu, həm də "Avro-4 standartının tətbiq edilməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün avtomobil gətirmək və satmaq əvvəlki kimi rentabelli deyil. Son zamanlar Azərbaycanda bahalı maşınların idxalında yüksək vergilər tətbiq olunur. Bu da idxala təsir göstərən amillərdəndir. Bazardakı durğunluğa səbəb olan meyyarlardan biri də manatın devalvasiyasıdır. Avtomobil ölkəyə xarici valyuta ilə gətirilir. Manatın devalvasiyası həmin avtombillərin qiymətinin artmasına səbəb olur. Az işlənmiş avtomobillərin qiymətində isə ucuzlaşma müşahidə edilir.
Ekpert bazardakı durğunluğun davam edəcəyini deyir: " Çünki hələ də alıcılıq qabiliyyəti aşağıdır. Vətəndaşlar yığıma üstünlük verirlər. Bu gün avtomobil almaq vətəndaş üçün prioritet deyil. Əvvəllər banklardan kredit götürüb avtomobil almaq mümkün idisə, bu gün həmin imkan yoxdur. Bu da alıcılıq qabiliyyətinə təsir göstərir. 2017-ci ilin növbəti aylarında da durğunluğun davam edəcəyi gözlənilir.
Həsən Babayev