Milli Şura bu ilin aprel ayının 9-da mitinq keçirilməsi ilə bağlı qərar verib. Artıq sosial şəbəkələrdə aksiyaya çağırışlar edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Unikal.org-a açıqlamasında bildirib ki, icazsiz aksiya olarsa, qarşısı alınacaq: "Əgər Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verərsə, polis insanların təhlükəsizliyinin təmin olunması ilə bağı tədbir keçirəcək. İcazəsiz aksiya keçirilməsinə cəhd olarsa, qarşısı alınacaq.
Qurum rəsmisi həmçinin deyib ki, AXCP-nin sədri Əli Kərimli özü hüquqşünasdı:
"Sosial şəbəkədə yaydığı mitinqə çağırış videosunda qanunvericiliyin tələblərinin pozulması halları ortaya çıxarsa, yəqin ki, ona xəbərdarlıq olunacaq.