Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. İnsanlarn bəziləri metroda öpüşən gəncləri, digərləri isə müəllifi müdafiə edib.
Görəsən digər ictimai nəqliyyat vasitələrində də belə faktlara rast gəlinirmi?
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əəsədov Unikal.org-a deyib ki, xidməti dövründə şəxsin avtomobil idarə edərkən öpüşməsi və yaxud sevişməsi kimi faktlara rast gəlməyib: "Ümumiyyətlə avtomobil idarə edərkən sevişmək və yaxud öpüşməklə bağlı qanunvericilikdə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı konkret məlumat yoxdur. Amma qanunda qeyd olunur ki, sükan arxasında olan şəxş (sürücü) hərəkət zamanı diqqəti yayındıra bilən hərəkətlər etməməlidir. Bu olduqca təhlükəlidir. Bu başqa hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratmaq deməkdir. Qanunda həmçinin avtomobilin hərəkəti zamanı sükanı əlindən buraxmaq, qapıları açmaq, kəmərlərdən istifadə etməmək, diqqəti yayındıra biləcək hərəkətlər etmək, mobil telfonla danışmaq və yaxud törətdiyi xətaları lentə alıb sosial şəbəkələrdə yerləşdirmək olmaz. Belə faktlar inzibati tənbeh tədbirlərinin görülməsinə şərait yaradır".
V.Əsədov ictimai nəqliyyatdan istifadə edərkən öpüşmək və yaxud sevişmək kimi məsələlərin xarici ölkələrlə bərabərləşdirilməsini düzgün hesab etmədiyini vurğulayıb: "Hər halda bizdə ictimai qınaq var. Biz xarici ölkələrdən fərqlənirik. Mənim üçün inandırıcı deyil ki, Bakıda avtomobil sürə-sürə gənc sevgililər bir-birlərinə münasibətin öpüşlə bildirsinlər. Ancaq mən şəxsi heyyətdən soruşaram görüm belə bir fakt var, ya yoxdur. Şəxsən mən belə bir faktla rastlaşmamışam. Adətən cütlüklər görüş yerini bir qədər kənarda, park və bulvar kimi yerləri seçir. O ki, qaldı avtomobildə öpüşməyə, bu inandırıcı deyil. Maşın dayanmış vəziyyətdə belə bir fakt ola bilər.
Orxan Həsənli