"Azəravtoyol ASC sürücülərə xəbərdarlıq edib.

Qurumun mətbuat xidmətindən Unikaal.org-a verilən məlumata görə, bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin "Binə yol qovşağından "Mərdəkan yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.