31 mart - 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin olması gözlənilir.

SOCAR-dan Unikal.org-a verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, "Azneft İstehsalat Birliyinin bütün işçilərinə təlimatlar verilib: "Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub.

Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib".