Jurnalist Xaqani Səfəroğlunun metroda gənclərin öpüşməsi ilə bağlı qalmaqallı statusundan sonra taksi şirkətlərindən biri müzakirələrə səbəb olacaq kampaniyaya başlayıb.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış taksi şirkəti gündəmdən yararlanaraq sosial şəbəkədə sərnişinlərə belə müraciət edib:

"Sevginizi bildirmək üçün sizə məkan vacib deyil, bir sözlə də edə bilərsiniz. Lakin, rahatlığınız üçün taksidən istifadə edin. Ən azından sizə təpik vurub qovan olmayacaq".

Sözügedən status isə birmənalı qarşılanmayıb.

Unikal.org-un araşdırmasına görə, sözü gedən şirkət 189 taksi şirkətinin olduğu öyrənilib. Şirkət öz facebook səhfəsində də bu reklamı yerləşdirərək uzun müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı unikal.org-un əməkdaşı 189 taksi şirkətinin qaynar xəttinə zəng vurub. Sizin taksilərinizdə öpüşmək olarmı sualımıza isə operator xanım belə cavab verib: "Hörmətli müştəri bu barədə məlumatımız yoxdur. Gözləyin məlumatı dəqiqləşdirək. Bir neçə dəqiqədən sonra xanım operator yenidən bizimlə əlaqə saxlayaraq bildirdi ki, bu barədə dəqiq məlumat öyrənə bilməyib. Siz bizi bir qədər sonra arayın".-deyə cavab verib.