Martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti bəzi rayonlarda 20-34 m/san təşkil edib.
Bakı və Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-35 m/san kimi güclənib: "Bakıda və Abşeron yarımadasında əsən güclü külək ötən gün gecəyə doğru zəifləyib və bu gün mülayim cənub küləyi ilə əvəz olunub. Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".