Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi qardaş Türkiyə Cümhuriyyətinin Merzifon şəhərində keçirilən III Beynəlxalq Teatr Festivalında iştirak edib. 

Bunu Unikal.org-a teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov bildirib. Onun sözlərinə görə, yaradıcı kollektiv Əli Əmirlinin " İyirmi ildən sonra pyesi ilə festivala qatılıb.

Tamaşanın quruluşçi rejissoru, respublikanın əməkdar artisti Novruz Cəfərov, Quruluşçu rəssasmı Vahab Cəfərov, Musiqi tərtibatı isə Tunzalə Mustafayevaya məxsusdur.

Əsas rolları respublikanın xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Novruz Cəfərov, aktyorlardan Yusif Cəfərov, Rauf Hüseynov, Aysel Şərifova və Emin Salmanov ifa ediblər.

Xatırladaq ki, tamaşa göstərilən zaman Merzifon Bələdiyyəsinin facebook səhifəsi vasitəsilə birbaşa canlı yayımlanıb.

Festivalın sonunda yaradıcı kollektiv Fəxri fərman və mükafatlarla təltif olunublar.