Bədən öz funksiyalarını yaxşı bir şəkildə yerinə yetirir: Bədənin tək başına ehtiva etdiyi 11 amin turşusu sayəsində digər funksiyalarını sağlam bir şəkildə yerinə yetirə bilmək üçün əlavə olaraq amin turşularına ehtiyacı-‹ var. Gündə bir ədəd yumurta istehlak edərək çatışmayan amin turşusu miqdarını ödəyə bilərsiniz.

Unikal.org deyerler.org-a istinadən bildirir ki, sümükləri gücləndirir: Yumurtada, sümük əriməsinin-‹ qarşısını alan və sümüklərinizi gücləndirən kalsium vardır. Bundan əlavə, yumurtada olan D vitamini bədəndəki kalsium tarazlığını təmin edərək dişlərinizin də inkişafını təmin edir.

Sinir sisteminə dəstək olur: Gündə bir ədəd yumurta istehlak etmək bədəninizi müxtəlif bakteriyalara və infeksiyalara qarşı qoruyur. Gündə bir ədəd yumurta yeyərək gündəlik selenium miqdarının hamısını qarşılamış olarsınız.

İnfarkt riskini azaldır: Çox aşağı sıxlıqlı lipoprotein ehtiva edən insanlarda ürək narahatlıqlarına tutulma riski daha yüksəkdir. Aparılan araşdırmalarda yumurtanın aşağı sıxlıqlı lipoprotein dənəciklərini genişlətdiyi və ürək infarktına tutulma riskinizi azaltdığı müşahidə olundu.