Bu gün səhər Qubada ana ölümü olub.

Unikal.org bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, Seydəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Bu, onun beşinci hamiləliyi olub və doğuş normal keçib. Əməliyyatdan sonra S. Seyidəliyevayanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə buna sərt reaksiya verib, şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S. Seyidəliyeva həyatını itirib.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-nınm yerli bürosuna bildirib ki, doğum zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub: "Sadəcə, xəstə damarına vurulan dərmana sərt reaksiya verib.