Serbiyanın Liviyadakı səfiri Oliver Potejitsa Tunisdə baş verən yol qəzasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza bir neçə gün əvvəl baş verib. Belə ki, içərisində səfirin olduğu avtomobil naməlum səbəblərdən yoldan kənara çıxaraq qəzaya uğrayıb. Nəticədə diplomat aldığı xəsarətdən dünyasını dəyişib.

Məlumata əsasən səfir Tunisdə işgüzar səfərdə olubmuş.