Türkiyədə turistləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 23 nəfər ölüb, 11 nəfər yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Muğla valisi Amir Çiçek məlumat verib.

15:04

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda turistləri daşıyan avtobus aşıb.

Unikal.org türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Muğla-Marmaris avtomobil yolunun Sakar keçidi ərazisində baş verib.

Nəticədə 17 nəfər ölüb, 13 nəfər yaralanıb. 

Hadisə yerinə təcili yardım və xilasedici briqadalarının cəlb olunduğu bildirilib.

***
15:01

Türkiyə mətbuatının yaydığı məlumata görə,  qəzaya səbəb olan avtobus tur avtobusu olub. 
Polisin açıqlamasına görə, 03 FR 247 nömrəli avtobus, Muğla-Antalya yolunun Sakargeçidi mövqesində idarəetməni itirərək uçuruma düşüb. 

Muğla valisi Amir Çiçək, qəzada 17 adamın öldüyünü 13 adamın yaralandığını söylədi. Yaralılar arasında vəziyyəti kritik olanlardan 3 nəfəri isə xəstəxanada dünyasın dəyişdiyini və 11 nəfər yaralı qaldığını deyib.  Başımız sağolsun inşallah yaralılar şəfa tapar. Tur avtobusunda xarici turistin olmadığını da dilə gətirib. 

Araşdırma aparılır.