Yasir Ərafatın ölümü üzərində sirr pərdəsi
12:37 14-07-2012
DÜNYA
Yasir Ərafatın ölümü üzərində sirr pərdəsi
Fələstinin mərhum liderinin axırına kim və necə çıxdı?
"Müsyö Ərafat hələ qərar verməyib" , 2004-cü ilin oktyabrında Persi hərbi xəstəxanasının mətbuat katibi təəccüblənmiş jurnalistlərin Yasir Ərafatla nə baş verir sualına belə cavab verdi. 29 oktyabrda fələstin mübarizəsinin simvolunun halı pisləşdi, üç gündən sonra isə naməlum xəstəlikdən əzab çəkən Yasir Ərafatı Ammana, oradan da Parisə aparmaq üçün Ramalladakı hakimiyyət sarayı Mukatanın ətrafında vertolyot fırlanırdı.
Düz səkkiz il yarım bundan qabaq bütün dünya Yasir Ərafatın necə öldüyünü müşahidə edirdi, xəstəxananın ətrafında çoxsaylı jurnalistlər növbədə dayanırdılar və hər tibb bacısının çıxışı tanınmış ekspert və analitiklər tərəfindən yorumlanırdı. Sonra bütün dünya Ərafatı dəfn etdi- əvvəlcə təntənəli mərasimin keçirildiyi Qahirədə, sonra da Ramallada, izdiham az qala onu tabutu ilə birlikdə parça-parça edəcəkdi. İndi Qatar telekanalı Əl-Cəzirənin baş direktoru qərara alıb ki, bütün suallara cavab tapmaq vaxtı gəlib çatıb, artıq öyrənmək lazımdır ki, fələstin simvolu və nobel laureatı Ərafat nədən ölmüşdü.
Ölünün sandığı və
polonium çəlləyi
Əl-Cəzirənin iki hissədən ibarət, sadə amma maraqlandırıcı "Kim Ərafatı öldürüb" isimli filminə bir nəfəsdə baxmaq olar. Bəzi hissələri məşhuq serial "Qanun və qayda"-nı xatırladır- nəfəs kəsici sujetlərin arasında bəzən radiofizika və məhkəmə tibbindən quru, amma lazımlı informasiyalar çatdırılır. Hələ də ovunmamış dul qadın Suha Ərafatın dayanmadan axan göz yaşlarını ağ, şəbəkəli dəsmalı ilə necə sildiyini görmək istəməyənlər üçün, seriyaların qısa məzmunu belədir. Telekanal "Əl-Cəzirə" Yasir Ərafatı kim öldürüb sualına cavab vermək qərarına gəlib. Bu məqsədlə telekanal yaraşıqlı sarışın, vaxtının çoxunu ya Parisdə ya da Maltada keçirən Suha Ərafatla əlaqə saxlayır və ondan Fələstinin keçmiş rəhbərinə aid bəzi şəxsi əşyaları verməsini xahiş edir. İçinə alt paltarı, diş fırçası, saçların yapışdığı xəstəxana papağı və başqa əşyaların yığıldığı üç kisə İsveçrənin radiofizika institutuna göndərilir.
Orada aparılan araşdırmalarda məlum olur ki, yoxlanılmış digər əşyalarla müqayisədə Ərafatın alt paltarı və diş fırçasında on dəfə artıq polonium aşkarlanıb. Təxminən eyni qədər polonium vaxtilə Aleksands Litvinenkonun şəxsi əşyalarında da tapılmışdı, sonuncu Londondakı Itsy kafesində poloniumlu çay içdikdən sonra babalarına qovuşmuşdu. Qısacası, isveçlilərin gəldiyi qənaət belə olub ki, paltarlarda və saçda tapılan polonium nəinki Ərafat üçün, ətrafdakı bütün canlı aləmin ölümü üçün kifayətdir və "Əl-Cəzirədən" xahiş edirlər ki, onlara güman ki, hələ də Persi hərbi xəstəxanasında saxlanılan sidik və qan analizlərini də versin.
Dul qadını danışıqlara göndərirlər, amma məlum olur ki, analizlər hələ 2008-ci ildə "hər hansı maraq olmadığı üçün" ləğv edilib. Həqiqəti öyrənməyə can atan Əl-Cəzirə muxbirləri Ərafatın təxminən 10-12 nəfərlik şəxsi həkimləri ilə danışmağa çalışırlar. Bəziləri ümumiyyətlə tapılmır, digərləri danışmaqdan imtina edir, bəziləri isə mızıldanır ki, onların balaca uşaqları var və Ərafat haqqında heç cür danışa bilməzlər. Onda Suha Ərafat hazırki fələstin hakimiyyətindən tələb edir ki, Ərafatın cəsədi eksqumasiya edilsin və görünən odur ki, bu yaxınlarda bu xoşagəlməz amma vacib proses həyata keçiriləcək.
Şərəf, ağıl və vicdan
Xatirladaq ki, 2004-cü ildə Ərafatın ölüm səbəbi barədə heç nə deyilmədi, bu da çoxsaylı şaiyələr yaratdı ki, fələstin rəhbəri SPİD, Hepatit və qızdırmadan vəfat edib. Digər şaiyələrə görə isə Ərafatı çox güman zəhərləyiblər. Ərafatın yetim qalmış bacısı oğlu, Fələstinin BMT-də keçmiş səfiri və xarici işlər naziri Naser-Əl-Kidva bu barədə həmişə danışırdı.
Məşhur yəhudi jurnalist Amnon Kapelyuk bu barədə "Məğlubedilməz Ərafat" kitabında da yazmışdı, kitab Ərafatın ölümündən bir il sonra çap edilmişdi amma jurnalist dişə dəyən heç bir fakt göstərə bilməmişdi. Nəhayət jurnalistlər tibbi hesabatı əldə edə bilirlər, amma oradan da heç nə başa düşmək olmur. Amma indi Əl-Cəzirənin köməyi ilə hər şey aydındır. Hər şey aydındır- Ərafat yaşadı, əzab çəkdi və mübarizə apardı, həyatının sonlarında isə qanlı və naməlum düşmənləri tərəfindən zəhərləndi. Şərəf xilas edildi, Ərafata qarşı planların olduğuna əvvəldən inanan insanlarda isə danılmaz dəlillər, faktlar ortaya çıxmağa başladı.
Əlbəttə, mübahisə etmək olar, hətta müəyyən ekspertlər də tapmaq olar ki, İsveç kolleqalarının inkişaf etdirdiyi nəzəriyyəni alt-üst etsin, amma nüvə fizikasından və ya kimyadan yaxşı başı çıxmayan adi insanlar üçün "Əl-Cəzirənin" izahatı çox inandırıcıdır.
Ərafatın dirilməsi
Əlbəttə, deyə bilərik ki, "Əl-Cəzirənin" gördüyü bu iş, araşdırma jurnalistikasının ən yüksək nailiyyəti və Pulitzer mükafatına ən böyük iddiadır. Nəticədə məşhur fransız həkimləri öz ayaqları ilə Ramalladan gəlmiş xəstənin niyə öldüyünü bilmək üçün qollarını çirmədi amma heç bir nəticəyə gəlmədi, bütün dünya təxminlər etməyə başladı, sonra inadkar jurnalist qrupu birdən birə hər şeyi öyrəndi.
Bu mübahisəsizdir, amma burada bəzi iks, iqriklər də var ki, bu mənzərəni bir qədər dəyişir.
Birincisi, Qatar adlı iks var ki, məhz elə o bu uzun və əziyyətli işi maliyyələşdirib. Vaxt vardı qatarın media-nəhəngi "Əl-Cəzirə", elə onun sayəsində çoxları Qatarın nə olduğunu bilir, hər yerdə Yasir Ərafatın ifşası ilə məşğul idi- onu korrupsiyada, proteksionizmdə, müxalifət qruplarına sərt təzyiqdə ittiham edirdilər. Amma həmişə olduğu kimi, bu dəfə də ölümündən sonra Ərafat nəinki simvola, həm də bu və ya başqa vəziyyətlərdə istifadə etmək üçün xırda qəpiyə çevrildi.
İndi Ərafatın ölümündə başqa insanları günahlandırmaq olar. Elə insanları ki, ömrünün son anına qədər onun ətrafında olublar. Bu isə öz aramızdır, indiki fələstin hakimiyyətinin aslan üzüdür.
Birtəhər müsahibə almağın mümkün olduğu Ərafatı şəxsən müalicə etmiş həkimlərdən birinin ağzı ilə kanal sual verir: niyə Fələstin hakimiyyəti yubanırdı? Niyə onu həmin dəqiqə Parisə göndərmədi? Niyə qiymətli zaman itirildi?". Yolüstü digər suallar da meydana çıxır: "Ramalladakı iqamətgahında çıxılmaz vəziyyətdə qalan Ərafat nə yeyib nə içirdi? Özünü pis hiss edəndə yanında kim var idi?". Ərafat Mukatedəki iqamətgahından uzun müddət çıxmadı, o qorxurdu ki, israillilər onu Tunisə və ya Livana geri göndərərlər, ona görə də onun şübhəli kafelərə gedib çıxması istisnadır.
Beləcə, Qatar eyni vaxtda üç dovşanı vurmaq istədi: birincisi heç kimin, nə Ərafatın dul xanımının nə Fələstin muxtariyyətinin görmək istəmədiyi işi görmək. İkincisi, Fələstin Muxtariyyətinin sədri kimi Ərafatdan sonra hakimiyyətə gələn və heç də bu qəribə ölüm işini araşdırması ilə maraqlanmayan Abu-Mazernin bostanına iri bir daş atmaq.
Üçüncüsü, Fələstin və ərəb küçələrində yenidən Ərafat ehtirası yaratmaq. Çünki, "Əl-Cəzirənin" izləyicilərinə heç də başa salmaq lazım deyil ki, kim Yasir Ərafatın bu ölümündə maraqlıdır. Onlar çox yaxşı bilirlər ki, bütün suyu kim içib. Lap əvvəldən bütün şübhələr İsrailin və onun fələstin hakimiyyətindəki köməkçilərinin üzərində idi. İndi, filmi yaradanların iddialarına baxmayaraq ki, Ərafata polonium vermiş şəxsləri yaxalamaq qeyri-mümkündür, keçmişdə Ərafat haqqında nə düşünülməsindən asılı olmayaraq fələstin bloqlarında məhz bu variant müzakirə edilir. HƏMAS liderləri məsələn Ərafatın portretlərini asmağı, onun ölüm gününü anmağı qadağan etmişdilər amma bu gün onlar hamısan çox Fələstin xalqına qarşı törədilmiş bu cinayət haqqında qışqırırlar.
Radioaktiv Polonium
nədir?
Radioaktiv Polonium - çox nadir maddədir, baxmayaraq ki, nəzəri baxımdan istənilən terrorist qrup onu bu və ya başqa nüvə dövlətindən kiçik həcmdə ala bilər, daha böyük şans var ki, belə metodlara daha çox poloniuma rahat əli çatan ölkələr qaçır. Bəs bu variantdan istifadə edərək fələstinliləri Abu-Mazernə, o cümlədən İsrailə qarşı qaldırmaq mümkün olacaqmı? Bu, hələ naməlumdur, yenə də həmin hadisədən düz səkkiz il yarım keçib və indi fələstinliləri daha çox başqa şeylər maraqlandırır: FƏTH-lə HƏMAS arasındakı uçurum, axsayan iqtisadiyyat və s.
Amma Ərafatın ölümünün yenidən qaldırılmış məsələsi çox narahat vəziyyətdə olan Abu-Mazen rejimi üçün sonuncu damla ola bilər. O müstəqilliyin qazanılmasında diplomatiyadan istifadə etdiyi ilə qürurlana bilmir amma eyni azmanda da məqsədlərin həyata keçirilməsi üçün zor tətbiq etdiyini də inkar edir.
Abu-Mazen hamını təhdid edir ki, səlahiyyətlərindən əl çəkəcək, onları ötürəcək başqa bir adam da yoxdur. Onun ən yaxşı dostları Mübarək, Ben-Ali və Saleh artıq öz titullarının əvəzini ödəyiblər, indi bir çox gənc fələstinlilər hesab edirlər ki, Fələstin muxtariyyətində də ərəb baharı oynamağın vaxtıdır. Qatar bu baharın ən böyük pərəstişkarlarındandır, hətta ayrı-ayrı ölkələrdə etirazçıları silah və pulla da təmin edir. Heç də dost olmadığı Bəhreyndə yox əlbəttə ki, amma bu aydın məsələdir.
Dul qadın Suha Tavil-Ərafatın maraqlarını da başa düşmək olar. Göründüyü kimi, Suha və onun 17 yaşlı qızı Zuhva pulsuz qalıblar. Ərafatın böyük kapitalı Suha Ərafat narahat Fələstindən qaçıb Parisdə dünyavi həyat yaşayan zaman elə onun ətrafındakıların barmaqları arasından axıb gedib.
2004-cü ildə Tunisin prezidenti Ben-Ali Suhaya sığınacaq verir, amma sonra Suhanın onun xanımı Leyla ilə mübahisəsi düşür və o, ölkədən qovulur. Qəddafi köhnə vaxtları yada salıb, onu Maltadakı şəxsi villasında yerləşdirir, amma "ərəb baharı" ona da toxunur və Suha Ərafatın villanın ödənişi məsələsində problemləri yaranır. Ərafatın dostları və müttəfiqləri ilə tarixi düşmənçiliyi ucbatından geri qayıtmaq istəməyən və bacarmayan ammay yaşaması üçün də pula ehtiyacı olan qadını anlamaq olar. Burada elə ancaq üç kisə alt paltarını Əl Cəzirəyə gətirməklə kifayətlənmirsən, həm də özün bel-kürəklə Ramalladakı mavzoleyin daşları arasında qalırsan. İndi Suha üçün narahat olmamaq olar.
Amma Fələstin muxtariyyətinin indiki rəhbəri Abu Mazenin düşünəcək çox şeyi var.
Kseniya Svetlova
Tərcümə etdi: Gülər
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04