Azərbaycandan Həcc ziyarətinə ilk gün-avqustun 24-də 360 nəfər zəvvar gedəcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) unikal.org-a verilən məlumata görə, ilk zəvvar qafiləsi sabah 06:10-da yola düşəcək.
Zəvvarları aparacaq ikinci təyyarə reysi isə 07:30-da havaya qalxacaq.
Qalan zəvvarlar isə müvafiq olaraq avqustun 25-i və 26-ı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcək.
Qeyd edək ki, bu il Həcc ziyarətinə 900 nəfər gedəcək. Hacı namizədlərinin 60 faizi kişilərdir.
Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 17 yaşlı oğlandır. Ziyarət üçün 3850 dollar müəyyənləşdirilib.
Həcc ziyarətinə təkrar gedənlər Səudiyyə Ərəbistanı hökumətinə 535-550 dollar arasında əlavə vergi ödəməli olub.