Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Unikal.org-un xəbərinə görə, Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 572-dən 640-a çatdırılıb.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə üzrə:

2.1. 1.1-ci bəndin ikinci cümləsində:

2.1.1. "ASAN xidmət sözlərindən sonra "və "ASAN Kommunal sözləri əlavə edilsin;

2.1.2. "dövlət orqanlarının sözləri birinci halda "mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra - dövlət qurumları) sözləri ilə, ikinci halda "dövlət qurumlarının sözləri ilə əvəz edilsin;

2.2. 2.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.7-ci, 3.1.1-ci, 3.1.4-cü, 3.1.6-cı, 3.1.10-cu, 3.1.10.1-ci, 3.1.10.3-cü (hər iki halda), 3.1.10.4-cü, 3.1.10.5-ci (hər iki halda), 3.1.11-ci, 3.1.12-ci, 3.1.13-cü, 4.1.2-ci, 4.1.3-cü (hər iki halda), 4.1.6-cı, 4.1.7-ci (hər iki halda), 4.1.8-ci və 5.5.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında "dövlət orqanları sözləri ismin müvafiq hallarında "dövlət qurumları sözləri ilə əvəz edilsin;

2.3. 2.1.6-cı yarımbənddə "dövlət orqanları sözləri "ASAN xidmət indeksini təşkil edən parametrləri rəhbər tutmaqla, dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirir, habelə dövlət qurumları sözləri ilə əvəz edilsin;

2.4. 3.1.5-ci yarımbənddə "orqanlara sözü "dövlət qurumlarına sözləri ilə əvəz edilsin;

2.5. 3.1.10.1-ci yarımbənddə "orqanlarla sözü "qurumlarla sözü ilə əvəz edilsin;

2.6. 3.1.12-2-ci yarımbənddə "təmin etmək sözlərindən sonra ", bu fəaliyyəti dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirdikdə, əldə olunan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki təminatın yaxşılaşdırılmasına yönəldilməsi üçün Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyənləşdirmək sözləri əlavə edilsin;

2.7. 3.1.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.22-ci yarımbənd əlavə edilsin:

"3.1.22. "ABAD publik hüquqi şəxsə münasibətdə təsisçinin "Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək.;

2.8. 4.1.5-ci yarımbənddə "orqanlarından sözü "qurumlarından dövlət xidmətlərinin, o cümlədən sözləri ilə əvəz edilsin və "baxış sözündən sonra "və rəy sorğuları sözləri əlavə edilsin;

2.9. 5.9.3-cü yarımbənddə "dövlət orqanının sözləri "qurumun sözü ilə əvəz edilsin.