Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən yeni yaşayış massivində evdə elektrik xətrini təmir etməyə çalışan 1963-cü il təvəllüdlü Hüseynov Hüseyn Həsən oğlunu elektrik vuraraq öldürüb.
Mərhumun meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.