Mahnı söyləyərkən telefonla çəkdiyi görüntülərlə internetdə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovdan xəbər var.

Pərvin qoyun otararkən "Ağlaya-ağlaya mahnısını oxuyub, video internetə yüklənəndən sonra 3 milyon baxış olub.

Unikal.org virtualaz-a istinadən xəbər verir ki, Türkiyə mediasına müsahibə verən Pərvin 3 milyon izləyicisi olsa da, məşhur olmağın qarın doyurmadığını deyib.

Pərvin Neftçalada yaşayır. Yayda çobanlıq edir, qışda isə tikintidə çalışır. "Musiqi alətlərində çala bilirəm, amma maddi imkansızlıqdan musiqi təhsili ala bilmədim. Türkiyədəki musiqi yarışmalarına da maddi imkansızlıqdan qatıla bilmirəm, - Pərvin söyləyib.

Pərvin internetdə məşhurlaşmasına inanmadığını deyib: "Evə gələn kimi görüntüləri internetə yüklədim. Səhəri dostum zəng vurdu ki, məşhur olmusan, görüntüləri izləyənlərin sayına baxanda gözlərim yaşardı. Sonra müsahibələr verdim, məşhurlaşdım. Azərbaycan Milli Konservatoriyasından ödənişsiz təhsil təklifi aldım, amma yazılı imtahanlardan keçə bilmədim. Buna görə də, yenidən çobanlığa başladım, arzularım yarımçıq qaldı.