Ağdam sakini Mirhəsən Abduyev 40 ildən çoxdur ki, həyatyanı sahəsində ilan saxlayır.
Unikal.org ARB-yə istinadən xəbər verir ki, Ağdamın Quzanlı qəsəbə sakini 55 yaşlı Mirhəsən kişi 12 ildir ki, ilan saxladığını bildirir. Uşaqlıqdan bu işə həvəs göstərən şəxsin indiyə kimi 27 gürzəsi olub. Sonralar həmin ilanları dağlıq əraziyə buraxıb. 2 gün sonra həmin canlılardan biri geriyə qayıdıb.
Uzunluğu 2 metr olan ilanları xüsusi qaydada qidalandırır. Ölmüş quşların cəsədlərini yedirir. Tez-tez ilanın zəhərini çıxardır.
Bu həyətdə Qafqaz gürzəsi ilə yanaşı qızıl ilana da rast gəlmək mümkündür. Onun zəhəri olmasa da, dişləyə bilir. Mirhəsən kişi evdə olmayanda ilanları qohumlarına həvalə edir. O, sürülərə bağlandığını deyir.