Respublika ərazisində atmosferi çirkləndirən sürücülərə qarşı tədbirlər davam etdirilir.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, növbəti reyd ucqar dağ rayonu olan Gədəbəydə keçirilib. Yoxlamalar zamanı 10-dan çox avtomobildə texniki nasazlıq aşkarlanıb.

Gədəbəy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. Bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.