Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb.
Bu barədə unikal.org-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
Nazirlikdən bildirilib ki, avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox namizəd müsahibədən keçib.
Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.
Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda - Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Burada namizədlərin diplomlarının uyğunluğu yoxlanılır.