"Qarabağın Çempionlar Liqasında uğurlu çıxışı digər sahələrin də canlanmasına səbəb olub.
Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, bir sıra şirkət və firmalar sosial şəbəkələrdə Ağdam klubu ilə bağlı reklam xarakterli paylaşımlar etməklə müştərilərin rəğbətini qazanmağa çalışırlar.
Bunlardan biri də süd və süd məhsulları istehsalı ilə məşğul olan "Atena şirkətidir. Məsələ burasındadır ki, sözügedən şirkətin reklam sahəsinə nəzarət edən başbilənləri öz "Facebook səhifəsində inək şəkili ilə "südüm sizə halal olsun cümləsini qazandığı zəfərə görə "Qarabağa həsr ediblər. "Atenanın bu addımı heç də birmənalı qarşılanmayıb. Reklamı "biabırçılıq adlandıranlar da var.
Belə məqamlarda düşüncəli addım atılsaydı, bəlkə də, reklam daha uğurlu alınardı. Hər halda şirkət rəhbərliyi də bilməlidir ki, o uğuru qazananlar inək yox, ana südü ilə böyüyüblər. Yox, əgər "Atenanın rəhbərliyinə qazandığı uğura görə, "inəyin südü sənə halal olsun deyilibsə, bu, başqa məsələ-¦