Bu gün Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Unikal.org xəbər verir ki, bu münasibətlə qızları ölkənin birinci xanımını təbrik ediblər.

Leyla Əliyeva özünün İnstaqram səhifəsində Mehriban Əliyevanın nəvəsi ilə çəkilmiş fotosunu paylaşaraq, "Happy birthday First Lady" yazıb.

Prezidentin kiçik qızı Arzu Əliyeva da öz səhifəsində Mehriban Əliyevanın fotosunu paylaşaraq onu təbrik edib.