Paytaxtda fəaliyyət göstərən taksilərin sayının kəskin şəkildə azaldılacağı gözlənilir.
Unikal.org-un məlumatına görə,hazırda Bakıda taksi xidməti ilə məşğul olan 15 min fiziki və hüquqi şəxs var.
Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, bu rəqəm olduca çoxdur.
Odur ki, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər hazırlanır. Planda yer alan əsas məsələlərdən biri taksilərin sayının azaldılmasıdır.