Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərbi hissənin silah anbarında baş verən partlayışla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə baş verən ərazidə meşə zolaqlarının qorunması üçün lazımı tədbirlər görüləcək.
"Artıq bu hadisədən xəbardarıq. Nazirlik əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Hadisə baş verən yerdə meşə zolaqları var. Tərəfimizdən lazımi tədbirlər görüləcək".
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisə ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi təxliyə olunub.